Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq 

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə cavab oyununda üz-üzə gələcək...

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq.

Azərbaycan çempionu ötən həftə rəqibini Lyublyanada 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” bunadək 21 dəfə qrupa qədər keçirdiyi təsnifat və pley-off duellərinin birinci sınağından qalibiyyətlə ayrılıb. Təmsilçimiz bunun 19-da mərhələni adlamağı bacarıb.

Komanda Çempionlar Liqasında 10, Avropa Liqasında 9, Intertoto Kuboku və Konfrans Liqasında isə bir dəfə cütün ilk oyununda qələbə qazanıb. Bunların revanşında isə 11 qələbə, 6 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

“Qarabağ” indiyə qədər yalnız iki dəfə mərhələni adlaya bilməyib. Hər iki xoşagəlməz hadisə Çempionlar Liqasına təsadüf edib. 2014/2015 mövsümündə “Zaltsburq” (Avstriya), 2019/2020-də isə APOEL (Kipr) birinci matçda qeydə alınan 1:2 hesablı məğlubiyyətin əvəzini cavab qarşılaşmasında 2:0-lıq üstünlüklə çıxıblar. Ağdamlılar cavab görüşündə uduzduqları digər iki dueldə səfər qolu üstünlüyü ilə mərhələ adlayıblar.

Azərbaycan komandası “Olimpiya” ilə matça qədər 1996-cı ildən mübarizə apardığı avrokubokların 11 duelində səfərdə keçirdiyi ilk oyundan qalib dönüb. Həmin rəqiblərlə Bakıdakı cavab görüşlərində 7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət qeydə alınıb. Yalnız 2019/2020 mövsümündə Kipr APOEL-i paytaxtımızdakı qarşılaşmada iki cavabsız qol sayəsində cütün taleyini xeyrinə dəyişməyi bacarıb. 1999-cu ildə Intertoto Kubokunda İsrailin “Makkabi” (Hayfa) klubu Bakıda 1:0 hesablı qələbə qazansa da, səfər qolu “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.

“Qarabağ”ın ilk dueldə qələbə qazandığı avrokubok oyunları:

Intertoto Kuboku (1999). “Makkabi” (Hayfa, İsrail) - 2:1 (səfərdə), 0:1 (evdə)

Avropa Liqası (2009/2010). “Honka” (Finlandiya) - 1:0 (s), 2:1 (e)

Avropa Liqası (2010/2011). “Metallurq” (Şimali Makedoniya) - 4:1 (e), 1:1 (s)

Avropa Liqası (2010/2011). “Portadaun” (Şimali İrlandiya) - 2:1 (s), 1:1 (e)

Avropa Liqası (2010/2011). “Visla” (Polşa) - 1:0 (s), 3:2 (e)

Avropa Liqası (2011/2012). “Banqa” (Litva) - 4:0 (s), 3:0 (e)

Avropa Liqası (2013/2014). “Metallurq” (Şimali Makedoniya) - 1:0 (s), 1:0 (e)

Avropa Liqası (2013/2014). “Pyast” (Polşa) - 2:1 (e), 2:2 (s)
Avropa Liqası (2013/2014). “Gefle” (İsveç) - 1:0 (e), 2:0 (s)

Çempionlar Liqası (2014/2015). “Valletta” (Malta) - 1:0 (s), 4:0 (e)

Çempionlar Liqası (2014/2015). “Zaltsburq” (Avstriya) - 2:1 (e), 0:2 (s)

Avropa Liqası (2015/2016). “Yanq Boyz” (İsveçrə) - 1:0 (s), 3:0 (e)

Çempionlar Liqası (2016/2017). “Düdelanj” (Lüksemburq) - 2:0 (e), 1:1 (s)

Çempionlar Liqası (2017/2018). “Samtrediya” (Gürcüstan) - 5:0 (e), 1:0 (s)

Çempionlar Liqası (2017/2018). “Kopenhagen” (Danimarka) - 1:0 (e), 1:2 (s)

Çempionlar Liqası (2018/2019). “Olimpiya” (Sloveniya) - 1:0 (s), 0:0 (e)

Çempionlar Liqası (2019/2020). APOEL (Kipr) - 2:1 (s), 0:2 (e)

Konfrans Liqası (2021/2022). “Aberdin” (Şotlandiya) - 1:0 (e), 3:1 (s)

Çempionlar Liqası (2022/2023). “Sürix” (İsveçrə) – 3:2 (e), 2:2 (s)

Çempionlar Liqası (2023/2024). “Linkoln” (Cəbəllütariq) – 2:1 (s), 4:0 (e)

Çempionlar Liqası (2023/2024). HİK (Finlandiya) – 2:1 (e), 2:1 (s)

Poliqon.info


Etiket: “Qarabağ”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay